“Eco İran” saytı İranda İbrahim Rəisinin prezidentliyi dövründə yoxsulluq göstəricisini təhlil edib.
Bakupost.az xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb.
Təhlillər nəticəsində İranda yoxsulluq indeksinin 54,8 faizə çatdığı məlum olub.
Bu, son 10 ildə misli görünməmiş yoxsulluq dərəcəsidir.
Yoxsulluq indeksi illik inflyasiyaya mövsümi işsizlik səviyyəsi əlavə edilməklə hesablanıb.