Çin və ABŞ ikitərəfli münasibətləri müzakirə edəcək

ABŞ dövlət katibinin Şərqi Asiya və Sakit Okean məsələləri üzrə köməkçisi Daniel Kritenbrink iki ölkə arasındakı münasibətləri müzakirə etmək üçün iyunun 4-də Çinə səfər edəcək.

APA-nın xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamentinin məlumatında deyilir.


Nazirlik bildirib ki, Pekində Kritenbrink ABŞ Milli Təhlükəsizlik Şurasının Çin üzrə baş direktoru Sara Beran ilə birlikdə “ikitərəfli münasibətlərdə əsas məsələləri müzakirə edəcək”.