4 körpənin qatili kimdir?  - Həqiqət 20 il sonra üzə çıxdı


Bir zamanlar Avstraliyanın ən qatı cinayətkarı hesab edilən Kathleen Folbigg 20 ildən sonra bəraət alıb. “Sherg.az” “NTV.com.tr”yə istinadən xəbər verir ki, 4 körpəsini öldürməkdə şübhəli bilinərək həbs edilmiş qadın bu cinayəti işlətmədiyinə dair təkzibedilməz faktlar ortaya qoya bilib. 

Kathleen Folbiggin övladlarının dördü də 2  yaşına çatmamış vəfat ediblər. 1989-cu ildə 19 günlük körpə Caleb, 1991-də 8 aylıq Patrick, 1993-də 10 aylıq Sarah və 1999-da 18 aylıq Laura vəfat edib. Uşaqların bu şəkildə ard-arda vəfat etmələri əlbəttə ki, heyrət və şübhə doğurub. Bu, qorxu filmlərinin ssenarisini xatırladırdı. Tibbi müayinələr zamanı körpələrdən ikisinin qəfil uşaq ölümü, üçüncünün boğularaq ölməsi, dördüncü uşağınsa “səbəbi bilinməyən” ölümlə üz-üzə qaldığı məlum olub. Bu vəziyyətdə şübhələr uşaqların anası Kathleen Folbiggin üzərinə yönəlib. Qadın həbs edilib və barəsində istintaq başlayıb. Lakin Kathleen övladlarını öldürdüyünü  daim inkar edib. Lakin ikinci dərəcəli sübutlar əsasında qadına övladlarını boğaraq öldürmək cinayəti “təsdiqlənərək” 25 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Kathleen həbsdə olsa da, günahsız olduğunu israr etməkdən vaz keçməyib və vəkili vasitəsiylə hüquqlarını qorumaqda davam edib. Nəhayət, alman elm adamlarının araşdırması nəticəsində uşaqların təbii səbəblərdən vəfat etdiyi bilinib. Alman alimlər qadının və iki qız övladının nadir genetik formula sahib olduğunu, oğlunun da gizli qalan nevrogenetik çatışmazlıq səbəbindən ölə biləcəyi versiyasını irəli sürüblər. Alimlərin təqdim etdiyi elmi əsasları qəbul etməyə məcbur qalan prokuror istintaq hərəkətlərini yenidən başladıb. İsitntaq bu dəfə 4 körpənin də təbii səbəblərdən vəfat etməsinə dair güclü dəlillər olduğunu qəbul edib və qadının öz övladlarını qətlə yetirməsinə dair əvvəllər irəli sürülmüş dəlillərin keçərli olmadığılna dair qərar verib. Beləliklə Kathleen Folbigg 20 il sonra bəraət alaraq azadlığa buraxılıb. “K.Folbigg işi” davası, Avstraliyanın ən böyük ədalət xətası hesab edilir.