Şahzadə şahidlik edəcək: Media davasında ilk yaşanır


Böyük Britaniya şahzadəsi Harri “Daily Mirror” qəzetinin təsisçisi olan “Mirror Group Newspapers (MGN)” media şirkətinə təzminat davası açıb və şikayət üzrə məhkəmə istintaqının başlanacağı gözlənilir. 

“Sherg.az” “NTV.com.tr”tə istinadən bildirir ki, şahzadə media şirklətini “telefon danışığını izinsiz dinləmə” iddiası ilə məhkəməyə müraciət edib. Şahzadənin məhkəmədə ifadə verməsi kral ailəsində 130 il sonra təkrar yaşanan hadisə olacaq. Şahzadə kral ailəsi üzvü olaraq məhkəmə salonunda ifadə verəcək və şahidlik edəcək.  Şahzadə adıçəkilən media orqanını qanunsuz olaraq məlumat toplamaqda suçlayır. Onun iddiasına görə, media şirkətinin əməkdaşları qanuna zidd fəaliyyətləri üçün özəl dediktivdən istifadə edərək məlumatlar əldə etməyə çalışıblar və şahzadənin telefonunun izinsiz dinləyiblər. Bənzər hadisə 130 il əvvəl kral Edvardla bağlı yaşanıb. Kral Edvard 1870-ci ildə bir boşanma davasında və bir kart oyunuyla bağlı iftira davasında şahid olaraq ifadə veribmiş. Ailəsiylə ABŞ-da yaşayan şahzadənin Londona gələcəyi və məhkəmədə media şirkıətinin vəkilləri tərəfindən çarpaz sorğu-suala tutulacağı gözlənilir. Şahzadə və həyat yoldaşı Meqan Markl 3 il əvvəl ABŞ-a köçsələr də İngiltərə məhkəmələrindəki hüquqi davaları davam edir. Meqan Markl ötən il “Sunday” qəzetinə özəl həyatı barədə məlumatlkarın izinsiz yayılmasına görə 1 sterling dəyərində təzminat davası açmışdı. Londona gələn şahzadə atası kral Çarlzla görüşə bilməyəcək. Çünki kral Rumıniyaya 5 günlük səfərə gedib.