Qırğızıstan yerli mətbuatında Dövlət Milli Təhlükəsizlik Komitəsinin (DMTK) mənbələrinə əsaslanan xəbərdə dövlət çevrilişinə hazırlaşdıqları müəyyən edilən şəxslərə qarşı əməliyyat keçirildiyi bildirilib.
“Sherg.az” xarici mediaya istinadən xəbər verir ki, Kəşfiyyat bölməsinin müxtəlif ünvanlarda təşkil etdiyi əməliyyatlar zamanı şübhəlilərin nəzarətə alındığı söylənilib.
Bərabərzamanlı əməliyyatlarla bağlı rəsmi məlumat verilməsə də, mövzu ilə bağlı Rusiyadan açıqlama gəlib.
Kremlin sözçüsü Dmitriy Peskov dövlət çevrilişinə cəhdlə bağlı xəbərlərin həyəcan verici olduğunu və Rusiyanın vəziyyəti yaxından izlədiyini vurğulayıb.