ABŞ-da Donald Tramp dövrünün Prezident köməkçisi Mayk Pens Respublikaçılar Partiyasının 2024-cü ildə keçiriləcək prezidentliyə namizədlik yarışında Trampa qarşı çıxmaq üçün rəsmi müraciət etdiyini açıqlayıb.
“Sherg.az” xaici mediaya istinadən xəbər verir ki, Pensin kampaniyası ərizəsini Federal Seçki Komissiyasına təqdim edib.
“Amerikanın Səsi”nin məlumatına görə, Pens kampaniyasına çərşənbə günü Ayova ştatında yayımlanacaq, video və çıxışla başlayacaq.
Xatırladaq ki, Pens keçmiş prezidentin 2020-ci il seçkilərinin nəticələrini rədd etmək cəhdlərinə qarşı çıxıb. Sosial mühafizəkar, keçmiş İndiana qubernatoru Pens, Trampın 6 yanvar 2021-ci ildə ABŞ Kapitoluna hücum edən üsyançıları qızışdıraraq binada özünü və ailəsini təhlükəyə atdığını bildirmiş və Trampdan getdikcə daha çox uzaqlaşmağa başlamışdı.
Beləliklə, Pens, Tramp, həmçinin senator Tim Skott və Cənubi Karolinanın keçmiş qubernatoru Nikki Heyli də daxil olmaqla, çoxsaylı Respublikaçı prezidentliy yarışına namizəd qoşulacaq.
Digər tərəfdən isə keçmiş Nyu-Cersi qubernatoru Chris Christie də çərşənbə axşamı yarışa girməyə hazırlaşır. Bununla da, Respublika Partiyasının prezidentliyə namizədliyi uğrunda mübarizə aparacaq şəxslərin sayı ikirəqəmli rəqəmə çatacaq.
Qeyd edək ki, Respublikaçılar Partiyasında namizədlik üçün müraciət edənlərin çoxu partiya daxilində Trampın rəqibləridir. Bu insanlar Tramp əleyhinə olan seçicilərin səslərinin bölünməsinin namizədliyin keçmiş prezidentə qaytarılmasına səbəb ola biləcəyindən narahatdırlar.
Mənnbə: Haber Global