Fransızlardan etiraf! - “Hamımız Ərdoğanın ayağını yalayacağıq”

Fransada fəaliyyət göstərən LCI kanalında çalışan jurnalist Darius Roçebin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı kulisdə təəccüblü məlumat paylaşıb.
"Sherg.az" xəbər verir ki, sosial media hesabında paylaşım edən Rochebin, adını açıqlamadığı bir fransız diplomatın Ərdoğanla bağlı “NATO sammitinin keçiriləcəyi Vilnüsdə hamımız Ərdoğanın ayağını yalayacağıq” etirafından sitat gətirib.

Roçebin Ərdoğanın NATO-ya rəhbərlik etdiyini və onun hakimiyyətdən yıxılacağı ilə bağlı proqnozlarını puça çıxardığını qeyd edib: “Vilnüsdə hamımız onun ayağını yalayacağıq”.

Bu, fransız diplomatının kobud etirafıdır. Ərdoğan  Ukrayna prezidenti V.Zelenskini qəbul etdi,  tezliklə Putinlə görüşəcək və o, İsveçin NATO-ya daxil olmasının sürətini təyin edir.

"Ərdoğan 20 ildir hakimiyyətdədir, çevriliş cəhdindən sağ çıxıb və onun hakimiyyətdən düşməsi ilə bağlı bir çox proqnozları iflasa uğradır".