"Titanik"dən 5 qat böyük: "Dənizlərin İkonu" + FOTOLAR

Titanik 1912-ci ildə tamamlandıqda, o, dünyanın ən böyük buxar sərnişin gəmisi idi. 1912-ci il aprelin 15-nə keçən gecə ilk səyahətində aysberqə çırpılaraq təxminən iki saat qırx dəqiqə ərzində Şimali Atlantikanın buzlu sularına batdı. Filmlərə mövzu olan bu gəmi öz dövründə əfsanə olsa da, illər keçdikcə daha böyük gəmilərə rast gəlirik.

"Sherg.az" xəbər verir ki, "İcon of the Seas" (red. dənizlərin simvolu) bu baxımdan zirvəni təmsil edir.

Royal Caribbean International tərəfindən dizayn edilən Titanikdən 5 dəfə böyük olan kruiz gəmisinin 2024-cü ilin yanvarında ilk səyahətinə çıxması gözlənilir.


 Gəminin heyəti isə 2 min 350 nəfər olaraq açıqlanır və gəminin diqqət çəkən xüsusiyyətləri nəhəng bir su parkına ev sahibliyi etməsidir. Bundan əlavə, gəminin içərisində “Mərkəzi Park”a bənzər bölmə də var.

"İcon of the Seas" təxminən 365 metr uzunluğunda və 20 mərtəbə hündürlüyündədir, 7 hovuzu və 6 su sürüşməsi var. Burada ən hündür şəlalə, ən yüksək su sürüşməsi, ən böyük su parkı və gəmidə ilk dəfə asılmış sonsuzluq hovuzu var.

Gəmidə müxtəlif rahatlıq səviyyələrinə malik bir çox yaşayış variantları mövcuddur. Geniş və dəbdəbəli suitlər, balkonlu kabinlər və daha qənaətcil interyer kabinləri arasından seçim edə bilərsiniz. Hər bir yaşayış yeri müasir dizayn, yüksək keyfiyyətli mebel və rahat çarpayılarla təchiz edilib.


"İcon of Seas" geniş əyləncə və fəaliyyətlərə malikdir. Üzgüçülük hovuzları, su sürüşmələri, spalar, idman zalları, teatrlar, kinoteatrlar, gecə klubları və kazinolar kimi bir çox seçim təklif edir. 

Royal Caribbean Group-un prezidenti və baş icraçı direktoru Jason Liberty, bu yeni gəmi ilə bağlı gözləntiləri çox yüksək tutur və izah edir: "Biz hər yeni gəmi ilə səyahət sənayesindəki gözləntiləri qaldırırıq. Müştərilərimiz gəmiyə mindikləri andan ən yaxşı tətil təcrübəsini yaşayacaqlar".