Meksika haqqında nəyi bilmək lazımdır? - Maraqlı

Meksika mədəniyyəti, küçələri və insanları ilə çox isti ölkədir. Əksər insanların bir gün Meksikanı görmək arzusu var. 

Sherg.az xarici mediaya istinadən Meksika haqqında bilinməyənləri bəzilərini təqdim edir. Bir gün Meksikaya getsəniz, bunları mütləq bilməlisiniz...

Dünyanın ən böyük piramidası Meksikadadır

Dünyanın ən böyük piramidası düşünüldüyü kimi Xeops Piramidası deyil. Dünyanın ən böyük piramidası Cholula piramidasıdır və Meksikada yerləşir. Aztek mifologiyasında Xelhua tərəfindən inşa edildiyi deyilən piramidanın tikintisinin əsrlər çəkdiyi deyilir. 

Meksikada 69 fərqli dildə danışılır

Meksika dünyanın ən zəngin dil müxtəlifliyinə malik ölkələrdən biridir. İspan dilindən əlavə, Meksikada danışılan 68 yerli dil var.  Amma  nə olursa olsun, Hindistanla rəqabət apara bilməz.

Meksikada ən çox taksi

Meksika dünyada ən çox taksiyə malik ölkədir. Əslində, taksilər o qədər çoxdu ki,  dünyada ən ucuz taksiyə malik ölkədir.

Rəngli televizor meksikalı tərəfindən icad edilmişdir

Rəngli televiziyanın ixtiraçısı Guillermo Gonzalez Camarenadır. Cəmi 23 yaşında ikən rəngli televiziya üçün qollarını çırmaladı və nəhayət, bu gün televizorlarımızı rəngləndirən şəxs oldu.

Mexiko şəhəri bir göl üzərində qurulmuşdur

Meksikanın paytaxtı 'Mexico City' sözün əsl mənasında bir göl üzərində qurulmuşdur. Bəli! Düz eşitdiniz, şəhər gölün üstündə tikilib və hər il 12 sm çökür. Bəzi binalar hətta Piza qülləsi kimi əyilmiş vəziyyətdədir. 

Tualetə tualet kağızı atmamalısınız

Meksikada tualetə tualet kağızı atmaq tamamilə yersizdir və bu davranış bir çox “Latın Amerikası” ölkələrində tətbiq olunur. Latın Amerikalılarının əksəriyyəti tualet kağızını tualetə atmaqda çətinlik çəkir. Elə bu ətraf mühit və hətta suyun çirklənməsi naminə qazanılan ən gözəl vərdişlərdən biridir. 

Turan