Şakiranı 8 il həbs cəzası gözləyir

Məşhur müğənni vergidən yayınmaqda ittiham edilir

İspaniya məhkəməsi kolumbiyalı dünya “ulduzu” Şakira ilə bağlı 2018-ci ildə gəlir və sərvət vergisinin ödənməməsinə görə ittiham qaydasında istintaq hərəkətləri başladıb. 
"Sherg.az" xəbər verir ki, məşhur müğənni vergidən yayınmaqda ittiham edilir. Müğənninin vergidən yayındığı təsdiqlənəcəyi təqdirdə o, 8 ilədək azadlığa məhrum edilə bilər. Məhkəmə bütöv adı Shakira Isabel Mebarak olan müğənninin vergi qanunlarınmı pozmaqda ittiham edir və buna görə ona sərt cəza verilməsi tələb olunur. Məhkəmə prosesi İspaniyanın Kataloniya bölgəsindəki Barselona yaxınlığında Esplugues de Llobregatda keçiriləcək. 46 yaşlı müğənninin məhkəmə işi bununla bitmir. Müğənni 2012-14-cü illər arasında da 14,5 milyon avro vergi borcuna görə bir başqa məhkəmədə də hakim qarşısına çıxmalıdır.