Daha oxuyan yoxdu: Harrinin kitabını zibil kimi toplamaqdan bezdilər

Böyük Britaniya şahzadəsi Harrinin avtobioqrafik kitabı “Spare” – “Yedək” artıq oxucuların marağında deyil. Nəşr olunduğu ilk vaxtlarda bir həftə ərzində rekord sayda – 3.2 milyon ədəd satılan və Böyük Britaniyada satışı ən sürətli həyata keçirilmiş, məzmunu uydurma olmayan kitab hazırda otel otaqlarında, hovuz kənarında, hətta zibil konteynerlərində tapılır. 


 
 “Sherg.az” “NTV,com.tr”yə istinadən bildirir ki, tətil mərkəzlərində, otellərdə istirahət edənlər bu kitaba maraq göstərmir, onu vərəqləyib, harda gəldi qoyub gedirlər. Halbuki kitab nəşr olunduqda orada yer almış sensasiyalı açıqlamalara görə, əldən düşmürdü. İndi kitabın harada gəldi tərk edilməsi, atılması onu “yayın ən çox tərk edilən kitabı” adlanmasına səbəb olub.


 
 “Daily Mail”in xəbərinə görə,  turizm operatorluğu ilə məşğul olan bir nəfər otel işçilərinin bu kitabı otaqlardan toplamaqdan bezdiklərini, indiyədək 100 ədəd kitab topladıqlarını söylədiklərini açıqlayıb. Otel müştərisindən məsul şəxs Zoe Harris isə “The Sun” qəzetinə açıqlamasında “bundan əvvəl oxşar halla heç qarşılaşmadıq. Ən populyar tətil məkanalrındakı itkin əşya büroları “Spare” kitabı ilə dolub-daşır. Əvvəlcə bu, bizə gülməli göründü, amma sonra daha bir neçə otelin eyni kitabı bizə geri göndərdi”.