İstanbul belə gözəlləşdi: "Super Ay" mənzərəsi - FOTOLAR

Ayın dünyaya ən yaxın olduğu və normaldan daha parlaq və böyük müşahidə edildiyi "Super Ay" İstanbuldakı Ayasofya Kəbir məscidi və Qız qalası ilə birlikdə çəkilib.

Sherg.az "NTV.com.tr"-yə  istinadən xəbər verir ki, Türkiyənin bir çox yerində "Super Ay" vizual ziyarətə çevrilib.  İstanbul Super Ayın ən çox baxıldığı yerlərdən biri olub.


 
“Super Ay” İstanbuldakı Ayasofya Kəbir məscidi ilə birlikdə görüntülənib. Super Ayın daha da gözəlləşdirdiyi görməli yerlər arasında Qız Qalası da yer alır.


 
Ay elliptik orbitdə hərəkət etdiyi üçün ildə ən azı bir dəfə Yerə ən yaxın nöqtəsinə çatır.
Bu gecəni xüsusi edən bu yaxınlığın tam aya təsadüf etməsidir.


 
Super Ay zamanı ay adi tam aydan 30 faiz daha parlaq və təxminən 12-14 faiz daha böyük görünür.

Turan