Zibilliklər arasında həyat dramı: Yataq  xəstəsini tərk edib getdilər


Türkiyənin Adana bölgəsində yaşayan 58 yaşlı Mehmet Kapılı zibilliyə dönmüş evindən xəstəxanaya aparılıb. Mehmet Kapılı alzeymer xəstəsidir. “Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, ailəsinə baş çəkmək üçün Muğladan Adanaya gələn övladı atasını mənzildə tərk edilmiş vəziyyətdə görüb. Məlum olub ki, M.Kapılının həyat yoldaşı evi trk edərək çıxıb gedib. Yataq xəstəsi adam da baxımsız qalıb. Günlərdə qidalanmayıb.

 Arıqlayıb, halı pisləşib.  Mehmet Kapılı ilə Songül cütlüyü 35 il əvvəl ailə qurub. Mehmet fotoqraf olub. Onların 4 övladı dünyaya gəlib. Övladlarının 3-ü ailə qurub, müxtəlif şəhərlərə köçüblər.  29 yaşlı oğulları Özgür isə işləmək üçün Muğlaya gedib. 4 il əvvəl Mehmet Kapılı xəstələnib, ona alzeymer diaqnozu qoyulub. Deyilənə görə, Songül Kapılı həyat yoldaşına qulluq etməyib, tez-tez evdən çıxıb gedirmş. Lakin Özgür nə zaman anasıyla əlaqə yaratdısa, qadın atanın yaxşı olduğunu deyib. Atasının ağır vəziyyətdə olduğunu qonşular zəng edərək Özgürə deyib. 6 aydır valideynlərinə b, düşüb. Məlum olub ki, anası kişini baxımsız vəziyyərdə qoyaraq evi tərk edib.



 Ev zibilliyə dönüşüb, milçək, böcək basıb, soyuducudakı yarımçıq yeməklər qurdlayıb, evdən kəskin qoxu gəlir, atası ağır vəziyyətdə yataqda, saçı, saqqalı uzanıb, aclıqdan bir dəri, bir sümük qalıb.  Özgür təcili yardıma zəng edib, evə gələn tibb işçiləri Mehmet Kapılını xəstəxanaya aparıblar. Gənc anasına zəng etsə də, qadın zənglərə cavab verməyib. Açıqlama verən Özgür anası haqqında “yazıqlar olsun! Bir qadın da həyat yoldaşını belə vəziyyətdə qoyub gedərmi?!. 

Atama meyvə suyu çirdiyimdə necə dartındığını, çırpına-çırpına o suyu içdiyini gördüyümdə, hansı hisslər keçirdiyimi sizə anlada bilmirəm. Anam əvvəllər atama aşiq idi. Atam xəstələnib pul qazana blməyincə, onu sevməkdən daha vaz keçdi.Mənim də, qohumlarımızın da telefon nömrələrini bloklayıb. Hara çıxıb gedib, heç kim bilmir. Atamı ölümə tərk edib. Nə yazıq ki, o qadın anamdır. Anam mənim üçün artıq öldü. Onun adına halva qovuracam. Bundan belə anam yoxdur”, söyləyib. Yaşlı kişinin xəstəxanada müalicəsi davam edir, vəziyyəti düzəlmək üzrədir.