Zelenski Rusiyanın son raket hücumunun cavabsız qalmayacağına söz verib

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Çernihiv şəhərinə raket hücumunun cavabsız qalmayacağına söz verib.

“Report” xəbər verir ki, bu barədə dövlət başçısı ənənəvi axşam videomüraciətində deyib.

“Əminəm: bizim döyüşçülərimiz bu terakta görə Rusiyaya cavab verəcəklər. Tutarlı cavab”, - o vurğulayıb.

Ukrayna lideri əlavə edib ki, müxtəlif liderlər, dövlət nümayəndələri və beynəlxalq təşkilatlar Rusiyanın Çernihivə zərbəsini pisləyiblər. O həmçinin Ukraynaya başsağlığı verənlərə təşəkkürünü bildirib.