Zaporojyedə terrora cəhd edən rus saxlanıldı

Təhlükəsizlik qüvvələri Zaporojye vilayətində Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə bölgənin hərbi-mülki administrasiyasının rəsmilərinə qarşı terror aktı planlaşdıran Rusiya vətəndaşını saxlayıb.

Axar.az xəbər verir ki, bu barədə FTX məlumat yayıb.

Qeyd olunub ki, Teleqram və Threema internet messencerləri vasitəsilə fəal şəkildə həssas məlumatları toplayaraq Ukrayna tərəfinə ötürən rayon sakini yaxalanıb:

“Ardınca Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin göstərişi ilə terrorçuların şəriki əldəqayırma partlayıcı qurğu yerləşdirməklə terror aktı törətməyə cəhd göstərib. Müttəhimin yaşayış yerində PUA və onun hazırlanması üçün digər komponentlər aşkar edilərək götürülüb”.