Pezeşkiandan İsrail açıqlaması: Gözləyirik!

Haniyənin qətli İsrailin böyük səhvidir.
Axar.az xəbəır verir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkian Tehranda İordaniyanın xarici işlər naziri Əymən Səfədi ilə görüşdə deyib.
İran prezidenti bildirib ki, İsrail rejimin HƏMAS-ın siyasi rəhbəri Haniyəni Tehranda terror etməklə bütün beynəlxalq qaydaları pozub:
“İran azad dünyanın bütün müsəlman ölkələrindən və xalqlarından bu cinayətləri kəskin şəkildə pisləmələrini gözləyir”.