Ərdoğan İnstaqramın bağlanmasından danışdı

Türkiyə rəqəmsal faşizmlə qarşı-qarşıyadır.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) baş qərargahında çıxışı zamanı deyib.

O bildirib ki, HƏMAS lideri İsmayıl Haniyənin sosial şəbəkə platformalarında fotolarının yayılmasının, onun haqqında yazılan yazıların dərc edilməsinin məhdudlaşdırılması düzgün deyil: “Bu, azadlıq deyil, demokratiya deyil”.

Xatırladaq ki, avqustun 2-də Türkiyədə İnstaqrama giriş bağlanıb.