Laçında itkin düşən hərbçilərin meyitləri tapıldı

2022-ci ilin martın 3-də Laçın rayonunda sərhəd istiqamətində itkin düşən hərbçilərin meyitləri aşkarlanıb.
Sherg.az Report-a istinadən xəbər verir ki, Firdovsi Mayis oğlu Abdullayev və Fərid Əjdər oğlu Məmmədovun Kəlbəcər rayonunun İstisu qəsəbəsində Yüzbulaq yaylağında meyit qalıqları aşkarlanıb.

Məlumata görə, hərbçi Firdovsi Mayis Abdullayev oğlu avqustun 8-i Gəncə şəhəri Şəhidlər xiyabanında, digər hərbçi Fərid Əjdər oğlu Məmmədov Ağdam rayonu Orta Qərvənd kəndində dəfn ediləcək.

Qeyd edək ki, 2022-ci ilin martın 3-də Laçın rayonu ərazisində yerləşən bir döyüş mövqeyindən digərinə hərəkət edən Azərbaycan Ordusunun əsgərləri – F.Məmmədovla F.Abdullayev hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən azaraq itkin düşmüşdülər.