Dünyanın bir çox bölgəsində görülən fıstıq allergiyasının müalicəsi üçün ilk dəfə olaraq Avstraliyada körpələrə ağızdan immun gücləndirici müalicə tətbiq olunacaq.
Sağlamolun.az xəbər verir ki, ABC News-un məlumatına görə, fıstıqlara qarşı immun gücləndirici oral müalicə ölkədə ilkin səhiyyə xidmətinə daxil edilib.
Avstraliyanın Milli Allergiya Ekspertizası Mərkəzi (NACE) və 5 ştatda on uşaq xəstəxanası ilə birgə hazırlanan proqram fıstıq allergiyası diaqnozu qoyulmuş və xəstəxanalardan birində müalicə alan 12 aylıqdan kiçik körpələrə tətbiq ediləcək.
Müalicə çərçivəsində körpələrə fıstıq tozunun digər qidalarla qarışdırılaraq məhdud miqdarda verilməsi və zamanla bu miqdarın artırılması planlaşdırılır.
Bəzi körpələrdə allergik reaksiyalar kimi yan təsirlərin ola biləcəyi bildirilmişdir, lakin bu yan təsirlər bu yaş qrupunda olanlar üçün yumşaqdır və müalicə tələb etmir.
Bundan əlavə, körpələrin müalicəsi tamamlandıqdan sonra ediləcək qida allergiyası testi müalicənin müvəffəqiyyətli olub olmadığını göstərəcək, 12 ay ərzində ediləcək rutin yoxlamalar isə insanın həyat keyfiyyətinin və uzun müddətli nəticələrin qiymətləndirilməsinə kömək edəcək.
Tibb və fəlsəfə elmləri doktoru, tanınmış həkim Şəmsiyyə Namazlı "Sherg.az"a açıqlamasında bildirib ki, hər qida zəhərlənməsinin öz simptomları var:
“Ancaq belə bir üsul olsa çox gözəl olar. Bütün qastroenteroloji təbəbat bu problemlərdən xilas olardı. Təəssüf ki, bu mümkün deyil. Oxuduqlarımıza, təcrübələrimizə və elmi araşdırmalara əsasən antidotun əldə olunmasını uyğun görmürəm və inanmıram. Lakin olsaydı çox xoşbəxt olardıq. Tibb elmi qida zəhərlənmələri və allergiyaları ilə uzaqlaşmış olardı. Təəssüf ki, mümkün deyil”.