Çox güman ki, siz də bu haqda eşitmisiniz. Məsələn, uzun illər ərzində zob xəstəliyindən əziyyət çəkən filankəs qurbağanın köməyi ilə tam sağaldı.
Bu mümkündürmü? Yoxsa heç bir tibbi əsası olmayan növbəti əfsanədir.
Bir çox hallarda (lakin 100% hallarda yox!) qalxanavari vəzi xəstəlikləri insanın orqanizmində yod çatışmazlığı zamanı inkişaf edir. Qalxanvari vəzinin normal fəaliyyəti üçün ona mütləq yod lazımdır. Yod az olduqda isə vəz böyüməyə başalayır, onun fəaliyyətində müxtəlif pozulmalar baş verir və s. Bəs bunların qurbağaya nə aidiyyəti var?
Tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudov “Sherg.az”a bildirib ki, qurbağa suda yaşayır və suda da yod çox olur:
“Ona görə də insanlar elə bilir ki, qurbağanın bədənində də yod var. Düzdür müalicə üçün qurbağa müvəqqəti kömək edə bilər, lakin bu daimi sağalma deyil. Hazırda müalicə üçün bir çox üsullar var. Qurbağa üsulu artıq keçmişdə qalıb. Təbii üsullar ilə müalicənin effekti çoxdur. Ancaq müvəqqətidir. Yod hər gün lazımdır”.