Seçkilərilə əlaqədar qeydə alınan yerli və beynəlxalq müşahidəçilərin sayı açıqlanıb

Sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar 27 ölkə və doqquz qurumdan ümumilikdə 101 nəfər beynəlxalq müşahidəçi qeydə alınıb.

"Sherg.az" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, seçkilərlə əlaqədar 18 467 yerli müşahidəçi qeydiyyatdan keçib:

"Onların 938 nəfəri siyasi partiyalar tərəfindən irəli sürülüb. 2 646 nəfər isə 11 QHT-ni təmsil edir. Heç bir müşahidəçiyə rədd cavabı verilməyib".