Böyük Britaniyada miqrant axınına qarşı etirazlar zamanı baş verən iğtişaşlar zamanı 90-dan çox insan həbs edilib.
Bu barədə Britaniyanın “Sky News” telekanalı məlumat yayıb.
Etirazlar bir gün əvvəl Bristol, Lids, Sanderland və Blekpul, həmçinin Stok-on-Trent, Mançester və Hallda keçirilib. Ancaq telekanalın məlumatına görə, ən şiddətli toqquşmalar Liverpulda baş verib, burada iki polis əməkdaşı çənə və burun sınığı ilə xəstəxanaya aparılıb.
Liverpulun yerləşdiyi Mersisayd qraflığının polisi, etirazçıların polislərə hücum etdiyini və kərpic və şüşə də daxil olmaqla müxtəlif əşyalar atdıqlarını, polis qalxanlarını yıxmağa çalışdıqlarını bildirib.
Xatırladaq ki, etirazlar iyulun 29-da 17 yaşlı yeniyetmə Aksel Rudakubanın uşaq rəqs seminarı zamanı bıçaqla hücum etdiyi İngiltərənin Sautport şəhərindəki qanlı hadisə fonunda baş verir. İnsanlar qanunsuz mühacirlərin axınına qarşı çıxırlar, çünki bəzi məlumatlara görə cinayətkar miqrant idi.
Sözügedən məsələni “Sherg.az”a dəyərləndirən siyasi şərhçi Asif Nərimanlı bildirib ki, Böyük Britaniyada baş verən etirazlar Avropada miqrant böhranının bir hissəsidir:
“Xüsusilə də 2015-ci ildən sonra Avropada miqrasiyya promlemi yaranıb. Zaman-zaman belə ixtişaşlar yaranır. Sağçılar və millətçi kəsim problemləri miqrantların üzərinə yönəldir. Bunun təbii və qeyri-təbii tərəfləri mövcuddur. Təbii tərəfi ondan ibarətdir ki, tarix boyu ölkədə sosial və digər problemlər artdığca insanların bunun günahkarlarının axtarışına çıxırlar. Belə problemlər isə sağçıların daha da güclənməsinə gətirib çıxarıb. Bu Birinci və İkinci Dünya müharibəsi arasındakı dövrdə də müşahidə edilib. Həmin dövr Avropada ultra sağçılar güclənməyə başladı və əsas hakimiyyəti ələ keçirdilər. Onlar üçün siyasi proseslərdə əsas amil həmişə miqrant probleminin üzərinə atırdılar. Sözügedən məsələdən qazanc əldə etdiklərinə görə daim qabardırdılar. İngiltərədə baş verənlərə də bu kontekstən baxa bilərik. Yəni sağçı və millətçi kəsim miqrant məsələsini ortaya qoyaraq siyasi kapitala çevirmək istəyirlər. Son proseslər də bunun tərkib hissəsindən biridir. Bunun suni şəkildə şişirdilməsi də istisna edilməməlidir. Adətən İngiltərədə baş verən qətillərin arxasında müsəlman miqrantların dayanması ilə bağlı təsdiq edilməyən məlumatlar var. Hətta suni intelekt vasitəsilə miqrant müsəlmanların günahlarını boyunlarına alması ilə bağlı görüntülər mövcuddur. Bütün bu hadisələr təbii ki, İngiltərədə sağçıların müəyyən uğur qazanmasına səbəb olmayacaq. Getdikcə baş verən ixtişaşlar yatırılacaq.
2015-ci ildən sonra miqrant probleminin yaranması Amerika Birləşmiş Ştatlarında Donald Tramp hakimiyyəti gəldikdə daha da alovlandı. Donald Trump Avropada sağçıları dəstəkləyir. Noyabrda keçirilən prezident seçkilərində Donald Trampın yenidən prezident seçilməsi ilə bağlı gözləntilər var. Qarşıdakı dövrdə təkcə İngiltərədə deyil, Avropada da eyni iddialarla etirazların artması istisna edilmir”.