Bəzi yerlərdə 40 dərəcə isti olacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında avqustun 6-da Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturunun 35-38° isti olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Azərbaycanın rayonlarında avqustun 6-7-də havanın maksimal temperaturunun Naxçıvan MR və Aran rayonlarında 35-38° isti, bəzi yerlərində 40° isti, dağlıq ərazilərdə 25-30° isti olacağı gözlənilir.