İran: İsrail qəti və sərt cavab alacaq

HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsinə görə məsuliyyəti İsrail daşıyacaq.
Axar.az xəbər verir ki, bunu İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Bagiri Kani İordaniyanın Baş nazirinin müavini və XİN rəhbəri Ayman əs-Səfədi ilə Tehranda danışığı zamanı deyib.
“Təhlükəsizlik sahəsində zorakılığın dəhşətli nəticələrinin olduğunu başa düşmək üçün İsrail qəti və sərt cavab almalıdır”, - o bildirib.