Aİ Belarusdan olan 28 dövlət məmuruna sanksiya tətbiq edib

Avropa İttifaqı Şurası Belarusdan olan 28 dövlət məmuruna qarşı sanksiya tətbiq edib.

APA xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, bu şəxslər Belarusda daxili repressiyalar və insan hüquqlarının pozulmasında iştirak edir.

Sanksiya tətbiq olunan şəxslər arasında Belarus Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin (HUBAZiK) iki rəis müavinin, 2020-ci il prezident seçkilərinə etiraz edən və ya Lukaşenko administrasiyasına qarşı fikirlər səsləndirən vətəndaşlara qarşı siyasi motivli hökmlər çıxaran prokurorlar və çoxsaylı hakimlər də var. Bundan başqa, müxtəlif islah müəssisələrinin (həbsxanalar və istintaq təcridxanası) rəhbərlərinə də sanksiya tətbiq olunub.


Həmçinin, dövlət xəbər agentliyi olan Belarus Teleqraf Agentliyinin (BelTA) baş direktoru İrina Akuloviç, STV (STV) kanalında “Senat” televiziya proqramının aparıcısı və Belarus Milli Assambleyası yanında Gənclər Şurasının sədri Mikita Rachylouski, və Lukaşenkonun mətbuat xidmətinin əvvəlki rəhbəri və uzun müddət BelTA-nın baş direktoru olmuş Dzmitri Jukda da sanksiya tətbiq olunub.


Ümumilikdə, Aİ-nin Belarusa qarşı indiyədək sanksiya tədbirləri 261 fiziki şəxsi və 37 qurumu əhatə edir.
Qeyd olunub ki, bu gün tətbiq olunan sanksiyalar həmin şəxslərin aktivlərinin dondurulmasını əhatə edir və Aİ vətəndaşlarına, şirkətlərinə onlara vəsait ayırmağı qadağan edir. Fiziki şəxslərə əlavə olaraq səyahət qadağası tətbiq edilir ki, bu da onların Aİ ərazilərinə daxil olmasına və ya tranzit keçməsinə mane olur.