İki partiya sədri eyni dairədə mübarizə aparacaq

Respublikaçı Alternativ (ReAL) Partiyasının sədri İlqar Məmmədovun deputatlığa namizədliyi qeydə alınıb.
Axar.az xəbər verir ki, bu barədə İlqar Məmmədov sosial şəbəkədə məlumat yayıb.
Qeyd edək ki, İ.Məmmədov 22 saylı Nəsimi-Yasamal seçki dairəsindən namizədliyini irəli sürüb. Həmin dairədən Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə də namizəddir.