İranda qadınlara futbol qadağası

Güney Azərbaycanın “Traktor” və Birləşmiş Ərəb Əmirliklərinin “Şarja” futbol komandaları arasında keçiriləcək oyuna qadın tamaşaçılar buraxılmayacaq.



Bakupost.az xəbər verir ki, bu barədə teleqram kanallarında məlumat yayılıb.


Bildirilir ki, Şərqi Azərbaycan əyalətinin İdman və Gənclər Təşkilatın baş direktoru Həbib Sotudenejad ötən həftə futbol oyunlarında qadınların iştirakının təsdiqləndiyini açıqlasa da, İranın anti-qadın rəsmiləri lazımi infrastrukturun olmaması səbəbi ilə qadınların oyuna qatıla bilməyəcəklərini deyib.