Elton Con xəstəxanaya yerləşdirildi

Dünyaca məşhur ingilis musiqiçisi Elton Con xəstəxanaya yerləşdirilib.
"Sherg.az" xəbər verir ki,  76 yaşlı musiqiçi Fransanın Nitsa şəhərindəki villasında yerə yıxılıb.

TMZ-nin xəbərinə görə, müğənninin necə yerə yıxıldığı məlum olmasa da, vəziyyətinin xəstəxanaya yerləşdirilməsini tələb edəcək qədər ağır olduğu məlum olub.
Mənbələr BBC-yə bildiriblər: "Elton ehtiyat məqsədilə xəstəxanaya aparılıb. O, lazımi müayinələrdən sonra bu gün səhər evə qayıdıb. Vəziyyəti yaxşıdır".