Rusiya Prezidenti Vladimir Putin “Vaqner” muzdlu qruplaşmasının lideri Yevgeni Priqojinin dəfnində iştirak etmək niyyətində deyil.
"Sherg.az" xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
"Reuters" Agentliyinin məlumatına görə, o, Kremlin planlaşdırılan dəfn mərasimi ilə bağlı məlumatının olmadığını və bunun ailə məsələsi olduğunu bildirib.
Kreml Vaqnerin liderini öldürdüyünü təkzib edərək, Qərb kəşfiyyatının Putinin mümkün müdaxiləsi ilə bağlı qiymətləndirmələrini “mütləq yalan” adlandırıb.