Sosial media fenomeni və aktrisa Eylül Öztürk 2017-ci ildə ailə qurduğu iş adamı Barış Kenan Özkanla birlikdə 30 avqust Zəfər Bayramını Amerikada qeyd edib.
Sherg.az xəbər verir ki, Eylul Öztürk kosmetika şirkətini genişləndirmək üçün Amerikaya gedib. Fenomen 30 avqust Zəfər Bayramını evinin bağçasında ingiliscə "Evdə Sülh, Dünyada Sülh" yazısı olan Atatürk posteri ilə qeyd edib.
Sosial media hesabından paylaşmağı da unutmayan Öztürk, "Başda Qazi Mustafa Kamal Atatürk olmaqla bütün silahdaşlarını rəhmət və minnətlə anıram" deyib.