NATO-nun bir hissəsi olmaq istəyən İsveç Türkiyənin üzvlüyü razılıq verməsini gözləyir.
İsveç xarici işlər naziri Tobias Billström dünən verdiyi açıqlamada, "Oktyabrda Parlamentin açılışı ilə NATO üzvlüyümüzün də təsdiqlənəcəyini düşünürük" deyib.
“Sherg.az” xəbər verir ki, ABŞ Nümayəndələr Palatasının üzvü Maykl Makkol Stokholma səfər edərək Billströmlə görüşüb. O görüş zamanı Skandinaviya ölkəsinə dəstək mesajı verərkən Türkiyəni hədəf alıb.
Eyni zamanda Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri olan Makkol ABŞ-dan Türkiyəyə F-16 qırıcılarının tədarükünün İsveçin NATO-da iştirakından asılı olduğunu qeyd edib:
“Onlar bizim F-16-larımızı almaq istəyirlər. Əgər biz onlara bu cür silah sistemləri satacağıqsa, onlar NATO müttəfiqimiz kimi davranmalıdırlar. İsveçin NATO-ya daxil olmasını qəbul etməsələr, onları riskə atacaq çox şeyin var olduğunun fərqindədilər”.
Mənbə: Haber7