GİZLİ RAZILAŞMA: Priqojin sağdır, gizləndiyi ölkə budur... 


Ötən ay şübhəli təyyarə qəzasında dünyasını dəyişən muzdlu qruplaşma “Vaqner”in lideri Priqojinin sağ olduğu və Rusiya rəsmiləri ilə gizli razılaşma əldə etdiyi iddia edilib.
Sherg.az xarici KİV-lərə  istinadən xəbər verir ki, Ukrayna müharibəsinin cəbhə xəttində vuruşan muzdlu “Vaqner” qrupunun yaradıcısı Yevgeni Priqojin Rusiya prezidenti Putinə və Rusiyanın ali hərbi rəhbərliyinə qarşı uğursuz üsyanından bir neçə həftə sonra müəmmalı təyyarə qəzasında həlak olub.

Priqojinin ölümünə səbəb olan təyyarə qəzasının arxasında Putinin olması və Priqojinin sağ olması ilə bağlı sui-qəsd nəzəriyyələri bir aydır dünya gündəmini zəbt etsə də, bu mövzuda ən iddialı açıqlama rusiyalı hərbi analitik doktor Valeri Soloveydən gəlib.

Priqojinin ölümündən bir neçə gün sonra Moskvanın agent və diplomatlar hazırlayan nüfuzlu məktəbi - Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) keçmiş professoru Solovey “Vaqner" liderinin sağ olduğunu və təyyarədə onun yox, dublyorunun olduğunu deyib.

Rusiya prezidentinin ölümcül xəstəliyə tutulduğu iddiaları ilə gündəmə gələn, lakin buna heç bir dəlil gətirə bilməyən Soloveyin sözlərinə görə, “Vaqner" lideri Priqojin hazırda Venesuelanın Karib dənizinin cənnəti yeri olan Marqarita adasında gizlənir və səhhəti də yaxşıdır.

Solovey açıqlamasında Priqojinin təyyarəsinin məhv ediləcəyi ilə bağlı xəbərdarlıq aldığını və buna görə də özünə yeni marşrut təyin etdiyini iddia edib.

Putin və Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev arasında razılaşma əldə edildiyini iddia edən rusiyalı analitik, “Vaqner"in əsas komandirləri həyatını itirdi, ancaq Priqojin sağ qaldı” deyib.

Qərb mediasının “fantastik” hesab etdiyi nəzəriyyəyə görə, Rusiya rəsmiləri və Priqojin kritik vəziyyətdə əməkdaşlıq etmək barədə razılığa gəliblər.

Priqojinə ortalıqda görünməməsi,  lakin müharibə davam edərsə, muzdlularına rəhbərlik etmək üçün qayıda biləcəyi söylənilib.

Solovey həmçinin iddia edir ki, Vaqner lideri sərvətini almaz, qızıl və nağd pulla sövdələşib və sərvətinin yeddidə biri özü üçün saxlanılıb, qalan hissəsi isə Rusiyaya keçib.

Rusiyalı analitik iddiası ilə bağlı heç bir konkret sübut təqdim etməsə də, dünya gündəmində diqqət çəkən xəbərlər sırasında yer alıb.