İş adamının babasının 6, atasının isə 5 arvadı olub
Uqandalı bir kişi eyni gündə iki bacı da daxil olmaqla 7 qadınla evlənib. Toyda çıxış edən bəy xanımlarının ona olan bağlılığını yüksək qiymətləndirib və gələcəkdə daha çox qadınla ailə qurmağı planlaşdırdığını bildirib.
Sherg.az xarici KİV-lərə istinadən xəbər verir ki, Uqandada ənənəvi müalicə üsullarını tətbiq edən həkim Ssaalongo Nsikonenne Habib Ssezziqu ölkənin Bugereka qəsəbəsində eyni anda 7 qadınla evlənib.
Evləndiyi qadınlar arasında iki bacı da var. Ssezziqu arvadlarına toy hədiyyəsi olaraq avtomobil hədiyyə edib.
Çoxlu qonağın iştirak etdiyi toy yerli insanları təəccübləndirib.
Toyda çıxış edən Ssezziqu xanımlarının ona olan bağlılığını yüksək qiymətləndirib və gələcəkdə daha çox qadınla evlənməyi planlaşdırdığını bildirib.
Bildirilib ki, Ssezziqunun babasının 6, atasının isə 5 arvadı olub.
Bəyin hazırda ölkədə ən çox qadınla evlənən şəxs olduğu təxmin edilir.