Axmaq Bayden İrana 5 nəfər üçün 6 milyard verdi

ABŞ ilə İran arasında baş tutan məhbus mübadiləsi axmaqlıqdır.

Axar.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp mediaya açıqlamasında deyib.

“Müxtəlif ölkələrdən 58 girovu heç nə ödəmədən geri qaytardım. Səriştəsiz liderimiz, fırıldaqçı və axmaq Co Bayden 5 nəfərə 6 milyard dollar ödədi, İran isə bunun qarşılığında heç nə vermədi”, - Tramp bildirib.

Qeyd edək ki, ötən gün ABŞ və İran arasında məhbus mübadiləsi baş tutub. Eyni zamanda, ABŞ İranın Cənubi Koreyada dondurulmuş 6 milyard dollar vəsaitinin köçürülməsinə izn verib