Putin Pekində Si Cinpinlə danışıqlar aparmağı planlaşdırır

Rusiya Prezidenti Vladimir Putin oktyabrda Pekində Çin lideri Si Cinpinlə danışıqlar aparmağı planlaşdırır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Çin xarici işlər naziri Vanq İ ilə görüşündə bildirib.

O, Moskvanın oktyabrda Putin və Si Cinpin arasında təfərrüatlı danışıqlara ümid etdiyini söyləyib.

Qeyd edək ki, Moskvada strateji təhlükəsizlik üzrə Rusiya-Çin məsləhətləşmələri keçirilir.