Şahzadə ABŞ-yə xanımsız getdi: Ana uşaqlarının məktəbi ilə məşğuldur 

Şahzadə Uilyam ABŞ-da iqlim dəyişikliyi sammitinə qatılacaq. O, səfər edərkən həyat yoldaşı Şahzadə Kate Middleton yanında olmayıb. Hər kəs həyat yoldaşının harada olduğu ilə maraqlanıb. 

Sherg.az xarici KİV-lərə istinadən xəbər verir ki, Uels şahzadəsi Uilyam Nyu Yorkda keçirilən "Earthshot Prize İnnovasiya" Sammitində iştirak etmək üçün Böyük Britaniyanı tərk edib.


 
Şahzadə Uilyamın adətən həyat yoldaşı ilə səfərlərə getməsinə öyrəşmiş kral pərəstişkarları Kate Middletonun niyə bu səfərdə olmadığı ilə maraqlanıblar. Ancaq üç uşaq anası olan Şahzadənin övladları ilə birlikdə İngiltərədə olduğu öyrənilib.

“People” jurnalının yazdığına görə, Middleton uşaqları Şahzadə Corc, Şahzadə Şarlotta və Şahzadə Luini məktəbə aparıb, gətirir.