Ermənistan polisi aksiyanı dağıtmaq üçün səs qumbaralarından istifadə edib

İrəvanda hökumət binası qarşısında vəziyyət gərginləşib.

APA yerli KİV-ə istinadla xəbər verir ki, vətəndaşlarla polis arasında toqquşma olub. Aksiyaçılar polis əməkdaşlarına şüşə və daş atır.

Ermənistan polisi meydana toplaşanları dağıtmaq üçün səs qumbaralarından istifadə edib.