Qarabağdakı vəziyyətə görə BMT Təhlükəsizlik Şurası iclas keçirəcək - BU TARİXDƏ


BMT Təhlükəsizlik Şurası Qarabağdakı vəziyyətə görə toplaşacaq.

BMT Təhlükəsizlik Şurasının Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyətlə bağlı iclası sentyabrın 21-nə təyin edilib.

 "Sherg.az"  xəbər verir ki, bu barədə TASS-a BM təşkilatındakı mənbə məlumat verib.

"Görüş cümə axşamı keçirilməlidir", - agentliyin müsahibi bildirib.  Görüşün Nyu-York vaxtı ilə günün ikinci yarısında baş tutacağı gözlənilir. 

Qeyd edək ki, Fransa XİN Paris Qarabağdakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb etmişdi.