Ermənistan vətəndaşları kütləvi şəkildə Rusiyaya axışırlar

Ermənistan vətəndaşları kütləvi şəkildə Rusiyaya axışırlar.

Bildirilir ki, İrəvandan Moskvaya səfər edən 10 aviaşirkətdən səkkizinin təyyarəsində, demək olar ki, yer yoxdur.

Ancaq “Aeroflot” və “Rossiya”da 13-30 min rubl (228-528 manat) arası biletlər qalıb.

Qeyd olunur ki, bu marşrut üzrə, həmçinin “Azimut”, “Utair”, “Red Wings”, “FlyDubai”, “Shirak Avia”, “Armenian Airlines”, “FlyOne” və “FlyOne Armenia” şirkətləri tərəfindən uçuşlar həyata keçirilir.

Mənbə: Lenta.ru