Tehranda çörək bahalaşdı

Xalqın etirazları başlayacaq

  Tehran şəhərində "Səngək" çörək növünün qiyməti 33 faiz bahalaşıb.
Bu barədə yerli media məlumat yayıb.
İranın iqtisadiyyat naziri Ehsan Xanduzxi qiymət artımının əyalət rəsmilərinin təklifi və Daxili İşlər Nazirliyinin təsdiqi ilə həyata keçirildiyini bildirib.
  Bir sıra əyalətlərlə yanaşı, paytaxt Tehranda da çörəyin qiymətində artım olması etirazlara yol açıb.
  Mövzu ilə bağlı “Sherg.az"a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, ümumiyyətlə, son zamanlarda dünya bazarında taxılın qiyməti artıb:

“Buna səbəb Rusiya və Ukrayna arasında gedən müharibədir. Müharibə taxılın qiymətinin 10-15 faiz artmasına səbəb olub. Dünya bazarında yaşanan bu hal İran bazarına da təsirsiz ötüşməyib. Əlbəttə, çörək qiymətinin artması əhalinin vəziyyətinə mənfi təsir göstərdiyi üçün xalq tərəfindən etirazların yaranması ilə nəticələnib”.