Baş katib Türkiyənin İsveçin NATO-ya üzvlüyünü ratifikasiya edəcəyini gözləyir

“Türkiyə Prezidenti mənimlə, İsveç Baş naziri ilə görüşündə, eyni zamanda, mətbuat konfranslarında deyib ki, ölkəsi İsveçin mümkün qədər tez NATO-ya üzvlüyün ratifikasiya edəcək və bu məsələ ilə bağlı parlamentlə işləyəcək”.
APA xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq ABŞ-da Xarici Əlaqələr Şurasında (CFR) çıxış edərkən deyib.
“Nəzərə alsaq ki, Türkiyə parlamenti payızda toplanacaq. Mən bunun baş verəcəyini gözləyirəm. Macarıstan da bildirib ki, onlar bu prosesdə (İsveçin NATO-ya üzv olması -red.) sonuncu olmayacaq. Yəni, hesab edirəm ki, Türkiyə ratifikasiya etdikdən sonra problem həll olunacaq”, - Baş katib əlavə edib.