İrəvanda Paşinyanın istefası tələbi ilə mitinq keçirilir

İrəvanın Respublika meydanında Ermənistan Baş naziri Nikol Paşinyan əleyhinə mitinq keçirilir.

APA Ermənistan mətbuatına istinadən xəbər verir ki, etirazçılar Paşinyanın istefasını tələb edirlər.

Mitinqdən əvvəl vətəndaşlar İrəvanın müxtəlif küçələrində itaətsizlik aksiyaları təşkil edib, bir sıra küçələri bağlayıb, daha çox vətəndaşı onlara qoşulmağa çağırıblar.