Model qızına böyük hədiyyə etdi

Fermanın dəyəri 9.1 milyon dollardır
  
Braziliyalı model Jizel Bündxen qızına böyük hədiyyə təqdim edib. 

“Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, modelin qız övladı Vivyen 9 yaşındadır. Və model 10 yaşlı qızı üçün içərisində böyük ferma olan bağ evi alıb. Fermanın dəyəri 9.1 milyon dollardır. Model qızı üçün niyə belə bir bağ evi aldığının səbəbini açıqlayıb. Model deyib ki, böyük ferması olan bu bağ evini qızının atlara olan sevgisinə qarşılıq verərək alıb: “Vivyenin İtem adlı atı var. Onlar çox yaxşı dostdurlar. Onların bir-birinə olan bağlılığını görüncə sevinirəm. Vivyen atçılığa meyl edir, maneələrin üzərindən atlanmağı çox sevir. Qızım dedi ki, ana, mən daha yüksəyə atlanmaq istəyirəm, başqa bir ata da ehtiyacım var. Mən ona “hələ kiçiksən, bir müddətdən sonra sənə başqa bir at da alaram”, dedim, lakin o, 

“Ana, mən qaydalara əməl edəcəm, sənə də kömək edəcəm” deyərək söz verdi. Mən də qızımın istəyini yerinə yetirmək üçün bu bağ evini, fermanı aldım”, söyləyib. J.Bündxenin aldığı bağ evinin 9 yataq otağı, qonaq evi, hovuzu, at yürüşü meydanı, futbol meydançası var. J.Bündxen amerikan futbolçu “Super Bowl” çempionu Tom Bredi ilə evli olub. Onların bir oğlu, bir qızı var.