TDT XİN başçıları Nyu-Yorkda görüşüb

ABŞ-nin Nyu-York şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısı keçirilib.

“Report” xəbər verir ki, iclasda Azərbaycanın antiterror tədbirləri müzakirə olunub.

Bildirilib ki, TDT-nin 10-cu Zirvə Görüşünə hazırlıq, qurumun BMT-nin Baş katibliyi və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) kimi qurumlarla əlaqələri barədə fikir mübadiləsi aparılıb.