Viktoriya Nuland və Türkiyə XİN başçısının müavini Qarabağı müzakirə edib

ABŞ dövlət katibinin birinci müavini Viktoriya Nuland Türkiyə xarici işlər nazirinin müavini Burak Akçaparla Qarabağı müzakirə edib.

APA xəbər verir ki, bu barədə Viktoriya Nulandın "X" hesabında bildirilib.

"Türkiyə xarici işlər nazirinin müavini Burak Akçapara Ukrayna, Qarabağ, NATO-nu gücləndirmək və bir çox ortaq maraqlarımızı irəlilətmək üçün qarşıda duran yol haqqında səmimi müzakirəmizə görə təşəkkür edirəm", - ABŞ rəsmisi qeyd edib.