Atatürkü təhqir etmişdi

3 il həbs cəzası aldı

  İstanbulda Mustafa Kamal Atatürkün şəklinə qarşı təhqiramiz hərəkətlər edən lisey tələbəsi 17 yaşlı A.E.S. üçün 3 ilə qədər həbs cəzası tələb edilib. Anadolu Cümhuriyyət Baş Prokurorluğunun hazırladığı ittihamda Kiber Cinayətlərlə Mücadilə Müdirliyinin təqdimatına yer verilib. Təqdimatda bildirilir ki, 8 iyul 2023-cü il tarixində ictimaiyyətə açıq sosial media hesabından paylaşım edilib. Paylaşımda Üsküdardakı bir lisey tələbəsinin Atatürkün şəklinə həqarət etdiyi barədə xəbər verilib. Azyaşlılarla bağlı Şöbə Müdirliyi xəbərin doğruluğunu yoxlayıb və tələbə polis tərəfindən saxlanılıb. Saxlanılan tələbə bu hərəkəti 2 il öncə - 9-cu sinifdə təhsil alarkən törətdiyini və o zaman həmin şəklin Atatürkə məxsus olduğunu bilməyib. Anadolu Cümhuriyyət Baş Prokurorluğunun hazırladığı ittihamda A.E.S. haqqında “Atatürk əleyhinə cinayətlər haqqında qanun”un tələbinə uyğun olaraq 6 aydan 4 il 6 aya qədər həbs cəzası tələb edilib. Məhkəmə isə tələbənin yaşını nəzərə alaraq cəzanı 3 ilə endirib.