584-cü gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 584-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 482 təyyarəsi, 250 helikopteri, 7277 PUA-sı, 438 zenit-raket kompleksi, 12 218 tank və digər zirehli texnikası, 1157 reaktiv yaylım atəş sistemi, 6598 artilleriya və minaatanı, 13 605 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.