Vaşınqtonun məktubu 275 min dollardır

Hərrac evi bu məktubu məhz cənnətdən bəhs edən yeganə məktub olduğu üçün əvəzsiz hesab edir
 
 ABŞ-nin ilk prezidenti Corc Vaşinqtonun tarixi əhəmiyyətli məktubu açıq hərraca çıxarılıb. 

Bu, C.Vaşinqtonun “Tanrı və cənnət Amerikanın müstəqilliyini dəstəkləyir”, sözləri yazılmış məşhur məktubdur. C.Vaşinqton həmin məktubu 1977-ci ildə, müstəqillik uğrunda müharibədə amerikan birlikləri ingilislərə qarşı ilk qələbə - Saratoga savaşını qazandıqdan sonra yazıb. 

“Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, uzun illər tarixçilər bu məşhur məktubun itdiyini düşünürdü. Lakin məktub üzə çıxıb. Hərraca qoyulan məktuba ilkin olaraq 275 min dollar qiymət təyin edilib. Hərracı təşkil edən mərkəzi Filadelfiyada yerləşən "Raab Collection" hərrac evidir. Hərrac evi məktubu vaxtilə briqada generalı olmuş, pensilvaniyalı siyasətçi Ceyms Potterin nəvələrindən satın alındığını açıqlayıb. Xəbərə görə, bu məktub 250 ildir ki, Potter nəslinin davamçılarında olub. Nəslin davamçıları da məktubu 275 min dollar dəyərində qiymətləndirib. Hərrac evi C.Vaşinqtonun bu məktubunun məhz cənnətdən bəhs edən yeganə məktub olduğu üçün əvəzsiz hesab edir. Əldə edilmiş qələbədən ruhlanan C.Vaşinqton məktubunda “Təqdiri-İlahinin bu əvəzsiz lütfünün şükranla qarşılanmasının gərəkdiyi və Amerikanın müstəqilliyinin tam əldə olunması üçün cənnətin işarə etdiyi xoşbəxt anlardır”, yazıb. C.Vaşinqton dostlarına yazdığı məktubda onların da Amerikanın müstəqilliyini dəstəkləməli olduqlarını qeyd edirdi. "Raab Collection" Hərrac evinin icracı direktoru Nathan Raab, “bu məktub öz gözəlliyi ilə bir çox vacib məsələləri bir araya gətirir - Tanrı, vətənsevərlik, zəfər, tale… Bu məktub C.Vaşinqtonun müstəqillik uğrunda mübarizəni ruhlandırdığına sübutdur”, - deyib.