Ərdoğan qardaşı oğlunun toy mərasiminə qatılıb - FOTO

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan qardaşı oğlu Usamə Ərdoğanın toy mərasimində iştirak edib.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, Prezident Ərdoğan həyat yoldaşı Əminə Ərdoğanla birlikdə qardaşı Mustafa Ərdoğanın oğlu Usamə Ərdoğanın Haliç Konqres Mərkəzində xoşbəxt gününə şahidlik edib.


Cütlüyü təbrik edən Ərdoğan nikah şəhadətnaməsini gəlin Esma Saruhana verib.

Mərasimdə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş, Türkiyə Böyük Millət Məclisinin keçmiş sədri İsmail Kahraman, AK Partiya sədrinin müavini Binəli Yıldırım, Diyanət İşləri Başçısı Əli Ərbaş və İstanbul Müftisi Safi Arpaquş da iştirak ediblər.