ABŞ-ın keçmiş prezidenti Barak Obamanın baş rolda Culiya Robertsin oynadığı “Dünyanı geridə qoy” filminin rejissoruna ssenari qeydləri verdiyi məlum olub.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, 2017-ci ildə ABŞ prezidenti postunu tərk edən Barak Obama həyat yoldaşı Mişel Obama ilə birlikdə “Higher Ground Productions” adlı prodüser şirkəti qurub. Şirkətin yeni layihəsi "Leave The World Behind" filmidir.
Filmin ssenari müəllifi və rejissoru Sem Esmail verdiyi müsahibədə Obamanın ona film haqqında bəzi qeydlər verdiyini bildirib.
"Mümkün qədər faktlara əsaslanmağa çalışıram, amma şişirdirəm və dramatikləşdirirəm. Keçmiş prezidentin bəzi detallarda yanıldığımı söylədiyini eşitmək... Mən elə bildim ki, yanılmışam! O, məni çox qorxutdu”, - rejissor bildirib.
Obamanın filmin mümkün qədər real olmasını istədiyini ifadə edən rejissor bunları deyib: "O, əsl kinosevərdir. Həqiqətən də yaxşı bir filmin ortaya çıxmasını istəyirdi".
Baş rollarda Ethan Hawke və Julia Robertsin çəkildiyi film rəqəmsal platformada tamaşaçıların ixtiyarına veriləcək. Rumaan Alamın eyniadlı romanından uyğunlaşdırılmış psixoloji triller şəhərdə müəmmalı apokalipsis baş verməzdən əvvəl uzun bir ada tətilinə gedən Sandford cütlüyündən bəhs edir.